Fələstin lideri İndoneziyadan İsrailə səsləndi
30 May 2010 Bazar 12:30
M.Abbas Təl-Əvivi Qəzzanın mühasirəsini dayandırmağa çağırıb.
Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas İndoneziyada 2 günlük səfərdədir. Mahmud Abbasla görüşündən sonra İndoneziya lideri Bambanq Yunhoyono ölkəsinin Yaxın Şərq sülh prosesində iştirak etməyə hazır olduğunu bildirib və Qəzzada xəstəxana tikməyə söz verib.

İndoneziyadan əvvəl Vyetnama və Malayziyaya səfər edən Mahmud Abbas Yunhoyono ilə keçirdiyi brifinqdə israili Qəzzanın mühasirəsini dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, dünyanın ən çox müsəlman əhalisi olan İndoneziya uzun müddətdir ki, Fələstinin müstəqillik səylərini dəstəkləyir və onun İsraillə diplomatik əlaqələri yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar