Fələstin lideri Aİ-na müraciət edəcək
22 Aprel 2011 Cümə 14:16
Mahmud Abbas Fələstin dövlətinin müstəqilliyinin tanınmasına çalışır
Fələstin lideri Mahmud Abbas Fələstin dövlətinin müstəqilliyinə dair qətnamənin çıxarılması xahişi ilə BMT-yə müraciət etməyə hazırlaşır. Mahmud Abbas Yevronyus kanalına müsahibəsində bunu bildirib.
Amerika Birləşmiş Ştatlarının danışıqlar prosesində neytral mövqedən uzaq olduğunu əvvəlcəndən də bildiklərini və veto hüququndan istifadənin buna sonuncu sübut olduğunu deyən Mahmud Abbas İordan çayının qərb sahili regionunda yəhudi məskənlərinin inşasının tam dayandırılmasını bir daha tələb edib. Fələstin lideri ABŞ-ın məhz bu məsələni qaldırdığını qeyd edərək bir daha dünya ictimaiyyətinə, xüsusən də Rusiya, Avropa İttifaqı, ABŞ və BMT-in daxil olduğu «Yaxın Şərq Dördlüyü»-nə müraciət edib. O, kvarteti Fələstin torpaqlarında həyata keçirdikləri inşa işlərini dayandırmaq üçün İsrailə daha çox təzyiq göstərməyə çağırıb.
Mahmud Abbas jurnalistin «Fələstin administrasiyası Avropa İttifaqından nə istəyir?» sualını cavablandırarkən isə deyib ki, Avropa İttifaqının Fələstinə göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirsələr də, təşkilatın siyasi mövqe də nümayiş etdirməsini, sülh prosesini dəstəkləməsini və kvartetin regionda sülhün əldə olunması üzrə cəhdlərində aparıcı mövqe tutmasını da istəyirlər.
DOSTLARINLA PAYLAŞ: