Fələstin İsraillə danışıqları dayandırmağa çağırıldı
20 Oktyabr 2013 Bazar 02:01
Fələstin administrasiyasını bütün danışıqları unutmağa və yeni milli strategiya işləməyə çağırıram.
Qiyamçı anklavın rəhbəri bazar günü nitq proqramı ilə çıxış edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, çıxış israilli tankçı Qilad Şalitin mübadiəsinin 2 illiyinə həsr edilib.
Qəza İslam hökumətinin başçısı İsmayıl Xaniyə Fələstin lideri Mahmud Abbası İsraillə sülh danışıqlarını dayandırmağa və İşğalla mübarizənin digər vasitələrdən istifadə etməyə və silahlı müqaviməti bərpa etməyə çağırdı.
““Oslo müqavilə”sinin imzalanmasından və xalqımızın üstünə düşən fəlakətlərdən 20 il sonra, Fələstin milli administrasiyasını danışıqları dayandırmağa,bütün danışıqları unutmaq və bütün siyasi qüvvələrlə birlikdə yeni milli strategiya işləməyə çağırıram”,- deyə Xaniyə Abbasa müraciət edib.
Xatırladaq ki, 2,5 ay əvvəl Abbas İsraillə sülh dialoqunu yeniləyib.
DOSTLARINLA PAYLAŞ: