Fələstin İsrailə 24 saat vaxt verdi
05 Aprel 2014 Şənbə 11:35
Fələstin İsrail ilə sülh danışıqlarının aprelin 29-dan sonra davam etdirilməsi üçün rəsmi Təl-Əvivə 24 saat vaxt verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Fələstin parlamentarisi Mustafa Barquti açıqlama verib. Onun sözlərinə görə İsrail aprelin 29-dan sonra sülh danışıqlarını davam etdirmək üçün qərar verməlidir.
“Fələstinli məhbuslar bu gün azad edilməsə, sabah Fələstinin BMT-nin bir sıra təşkilatlarına üzv olmaq üçün quruma müraciət edəcəyik. İsrail mövqeyini dəyişmədiyi təqdirdə, rəsmi Təl-Əvivlə sülh danışıqlarını dayandıracağıq”, - deyə Mustafa Barquti bildirib.
Qeyd edək ki, ötən il iyul ayında ABŞ-da İsrail-Fələstin sülh danışıqları başlayıb. Danışıqlar 3 illik fasilədən sonra bərpa edilmişdi. Tərəflər sülh danışıqlarını ən azı 9 ay davam etdirmək barədə razılığa gəlmişdilər. Məlum olduğu kimi artıq sülh danışıqlarının vaxtı bitmək üzrədir.
DOSTLARINLA PAYLAŞ: