Fələstin baş naziri istefa verdi
11 Aprel 2013 Cümə Axşamı 10:21
Salam Fəyyad Fələstin dövlət başçısı Mahmud Abbasa istefasını təqdim edib.
Fələstinin baş naziri istefa edib. "Reuters"in hökumətdəki qaynaqlara istinadla verdiyi məlumata görə, baş nazir Salam Fəyyad Fələstin dövlət başçısı Mahmud Abbasa istefasını təqdim edib. Bu qərarın Fayyad ilə Abbas arasındakı anlaşılmazlıqdan qaynaqlandığı ehtimal edilir.
Mahmud Abbasın hələlik istefanı qəbul edib etmədiyi bilinmir. Baş nazirliyin mətbuatı xidmətidə bununla bağlı hər hansı açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, Salam Fəyyad 2007-ci ildə Fələstinin baş naziri postunu tutur.
DOSTLARINLA PAYLAŞ: