Fəhlələr prezidentin iqamətgahını mühasirəyə alıblar
23 İyul 2013 Çərşənbə Axşamı 18:28
“Nairit” kimya zavodunun əməkdaşları sabah hökumət binasının və prezident iqamətgahının qarşısında oturaq aksiya keçirəcəklər.
İrəvandakı “Nairit” kimya zavodunun əməkdaşları bu gün Ermənistan prezidentinin qərargahı qarşısında etiraz aksiyası keçiriblər. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, fəhlələr səhər 8:00-də zavoddan çıxaraq nümayişlə prezident iqamətgahına tərəf gediblər.
Zavod işçilərinin etirazı onunla bağlıdır ki, Ermənistanın energetika naziri Armen Movsisyan onlara verdiyi vədə xilaf çıxıb. Nazir söz veribmiş ki, fəhlələrin maaşı iyulun 19-a kimi veriləcək, amma bu baş verməyib.
Aksiya iştirakçıları yarı bölünərək sabah hökumət binasının və prezident iqamətgahının qarşısında oturaq aksiya keçirməyə qərar veriblər.
DOSTLARINLA PAYLAŞ: