Fatih Terimin qızı ayaqyolunda döyüldü
26 İyun 2012 Çərşənbə Axşamı 07:01
Hadisəyə səbəb ayaqyolunun qarşısında yaranmış növbə olub.
Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin kiçik qızı Busə Terim Bodrumda dincəldiyi məkanda hücuma məruz qalıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Busə Terimlə bir qız arasında ayaqyolu növbəsində mübahisə yaranıb, ikinci Busəyə sillə vurub və onun başına çantası ilə zərbə endirib. Növbədə olan digər müştərilərin də müdaxiləsi ilə hadisənin qarşısı böyümədən alınıb.
B. Terimin qaytıdaraq hadisəni danışması ilə qrupda olan oğlanlar həmin qızı taparaq onu yüngülvari döyüb. Bədənindən qanı axan qız polis şöbəsinə gedərək şikayətçi olub. Məkanda olan ofisanlardan biri isə qızın qırıq şüşəylə özü-özünü yaraladığını bildirib.
Qeyd edək ki, tərəflər daha sonra barışdırılıb.
DOSTLARINLA PAYLAŞ: