Faşist pankarta görə şok cəza
07 May 2010 Cümə 18:50
Minsk "Dinamo"su 82 min dollar cəzalandı.
Belarus Futbol Federasiyası Minsk "Dinamo"sunu sərt şəkildə cəzalandırıb. Minsk klubu 82 min dollar cərimə edilib.

BFF İntizam Komissiyasının sədri Vladimir Vituşko bildirib ki, belə bir cəzanın verilməsinə aprelin 28-də keçirilən "Dinamo" - "Vitebsk" oyunu zamanı meydan sahiblərinin azarkeşləri tərəfindən faşist pankartının qaldırılması olub. 'Bu yalnız "Dinamo" üçün deyil, bütün xalq üçün ayıbdır",-deyə İntizam Komissiyasının sədri bildirib.

Bu Belarus futbol tarixində verilən ən böyük cəza olub. Qeyd edək ki, "Dinamo" azarkeşləri Adolf Hitlerin Faşist Partiyasında üçün Hitler və Gerinqdən sonra üçüncü adam olan Rudolf Hessin doğum günü münasibəti ilə tribunadan pankart asıblar. Hessin şəkilinin altında 'Sənin həyatın bizim üçün bağlılığın bir nümunəsi' ifadəsi əks olunub. Rudolfun doğum və ölüm tarixlərinin əks olunduğu pankart 1987-də 93 yaşında həbəsxanada ölən Hessin 116 yaşını qeyd etmək üçün tribunadan asılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar