Fars körfəzi ölkələri Yəmən prezidentini istefaya çağırırlar
11 Aprel 2011 Bazar Ertəsi 02:33
Yaxın vaxtlarda Yəmən hakimiyyəti və müxalifəti arasında danışıqlar başlayacaq.
Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurası Yəmən prezidenti Əli Abdulla Salehi hakimiyyəti vitse-prezidentə verməyə çağırır. Bloka daxil olan ölkələrin (Bəhreyn, Oman, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) xarici işlər nazirlərinin iclasında bu barədə qərar qəbul olunub. Qərarda deyilir ki, Əli Abdulla Saleh hakimiyyəti təhvil verdikdən sonra müxalifət nümayəndələrinə keçid hökumətinə başçılıq etmək imkanı verməlidir.

Yəmən hökumətinin və müxalifətin nümayəndələrinin yaxın vaxtlarda Səudiyyə Ərəbistanında görüşəcəyi gözlənilir. Görüşdə Yəməndəki həmrəylik, təhlükəsizlik və sabitliyin müzakirə olunacağı gözlənilir. Danışıqlarda vasitəçi kimi Fras körfəzi ölkələri çıxış edirlər.

Xatırladaq ki, yanvarın sonlarından Yəməndə 19789-ci ildən ölkəyə rəhbərlik edən Əli Abdulla Salehin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. İndiyədək nümayişçilərlə polis arasında baş vermiş toqquşmalar nəticəsində 120-dən artıq adam ölüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar