Bunun qarşısını almaq üçün məşhur müğənninin qəbrində növbətçilər qarovul çəkir.
Ötən həftə dünyasını dəyişən Türkiyənin tanınmış müğənnisi Müslüm Gursəs barəsində bəzi iddialar səsləndirilib. “Hgürriyət” qəzetinin məlumatına görə, bir qrup fanat pərəstişkar müğənninin meyitini qəbirdən çıxaracaq, onu Gursəsisn anadan olduğu Şanlıurfada və ya yeniyetməlik illərini keçirdiyi Adanada dəfn edəcək. Müslüm Gursəsin prodüsseri Nevzat Takmaz Şişli bələdiyyəsinin vəziyyətdən xəbərdar olduğunu və müğənninin qəbrinə növbətçilər qoyduğunu deyib. Məlumata görə, növbətçilər müğənninin qəbrində 24 saat dövraşırı növbə tuturlar.