“Falçı səkkizayaq” növbəti mundialı görməyəcək
12 İyul 2010 Bazar Ertəsi 14:50
Paulun uzağı bir ildən sonra öləcəyi deyilir.
Dünya Çempionatı-2010 boyunca verdiyi düzgün proqnozlarla azarkeşlərin ürəklərini fəth edən “falçı səkkizayaq” Paul növbəti mundialadək yaşamayacaq. Bunun səbəbi isə 2,5 yaşı olan Paulun uzağı daha bir il yaşayacağı ilə bağlı təxminlərdir.
İlk dəfə Avro 2008-də “proqnoz” verməyə başlayan səkkizayaq o vaxt 5 aylıq imiş. "Falçı səkkizayaq" Dünya Çempionatı-2010-da Almaniya yığmasının ilk olaraq Avstraliyanı məğlub edəcəyini, sonra isə Serbiyaya uduzacağını, sonra isə ardıcıllıqla Qana, İngiltərə, Argentinanı məğlub edəcəyini “proqnozlaşdırmışdı”.
Paul sonda Almaniya seçmə komandasının yarımfinalda İspaniyaya uduzacağını, üçüncülük uğrunda qarşılaşmada isə Uruqvaya qalib gələcəyini “proqnozlaşdıraraq” bir dəfə də yanılmamışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: