Fahişəxanaya silahlı hücum olub
23 May 2013 Cümə Axşamı 23:23
Hücum edənlər binada olan hər kəsi güllələyib.
İraqın paytaxtı Bağdad şəhərindəki fahişəxanalardan biri silahlı bir qrupun hücumuna məruz qalıb. “Əl-Ərəbiyyə”nin yaydığı xəbərə görə, hücum nəticəsində 7 nəfəri qadın olmaqla, 12 nəfər ölüb. Hadisə Bağdadın şərqindəki Zayuna məhəlləsində baş verib. Məlumata görə, binaya səsboğucu taxılmış silahlarla girən qrup üzvləri binada yaxaladıqları hər kəsi yan-yana düzərək güllələyiblər.

Xatırladaq ki, oxşar hücum bu il mayın 14-də alkoqollu içkilər satılan mağazanın qarşısında növbədə gözləyənlərə qarşı da törədilmişdi. Bu vaxt avtomat silahlardan açılan atəş nəticəsində 12 nəfər qətlə yetirilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar