Türkiyədə xüsusi əməliyyat nəticəsində saxlanılan insan alverçiləri sırasında azərbaycanlılar da var.
Türkiyənin Konya şəhərində aralarında azərbaycanlı və gürcüstanlı qadınlar da olmaqla, xeyli sayda qadını fahişəliyə cəlb edən dəstənin üzvləri həbs edilib. Xüsusi əməliyyat nəticəsində saxlanılanların 32 nəfər olduğu bildirilir. Onların arasında dəstə başçısı və 10 qadın da var. Dəstə indiyədək Azərbaycan, Gürcüstan və Türkiyə vətəndaşları olan 50-dən çox qadını qanuni iş yeri ilə təmin etmək adı ilə aldadaraq, Konyaya gətirib.