Fahişəlik qanuniləşdirilə bilər
10 Dekabr 2009 Cümə Axşamı 21:10
Hindistanın Ali Məhkəməsi belə bir təkliflə çıxış edib. Fahişəlik qanuniləşdirilə bilər.
Hindistan Ali Məhkəməsi ölkədə fahişəliyin qanuniləşdirilməsi məsələsinin nəzərdən keçirilməsi təklifilə hökumətə müraciət edib. Buna səbəb kimi pozğunluqla aparılan mübarizənin heç bir səmərə verməməsidir.
Müraciətdə bildirilir ki, kommersiya xarakterli intim münasibətlərinin leqallaşdırılması fahişələri qanun çərçivəsinə salmağa və insan alverinin qarşısını almağa imkan verəcək.
Rəsmi olaraq Hindistanda fahişəlik qadağandır. Lakin fahişəlik ölkənin iri şəhərlərində çiçəklənməkdədir.
Qeyri-rəsmi hesablamalara görə, Hindistanda təqribən 2 milyon qadın fahişəliklə məşğuldur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: