"Facebook"un sonu çatıb?
09 Avqust 2011 Çərşənbə Axşamı 21:37
Xakerlər sosial şəbəkəni dağıtmaq qərarına gəlib
“Anonimus”, yəni naməlumlar ləqəbli xaker qrupu “YouTube” saytında yerləşdirdiyi videomüraciətlə gənclər arasında məhşur olan “Facebook” sosial şəbəkəsinə kiberhücum hazırladığı haqda xəbərdarlıq edib. Həmin qruplaşma son zamanlar “Sony” şirkəti, Misir və Hindistan hökumətləri və ayrı-ayrı ölkələrin kəşfiyyət strukturlarının veb-saytlarına qarşı hücumu ilə tanınır.

Qruplaşmanın bu addımı atmasının səbəblərindən biri “Facebook” sosial şəbəkəsinin insanların şəxsi həyatına hörmətsizliyi və bəzi hökumət strukturları ilə əməkdaşlığı göstərilir. Naməlum xaker qrupu dünyada bütün üzvlərini birləşməyə və “Facebook”u məhv etməyə çağırır. “Facebook”un məhv etmə günü bu ilin noyabr ayının 5-nə elan olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar