“Facebook”un sahibi kirayəşin olduğu evdən çıxıb
10 May 2011 Çərşənbə Axşamı 03:46
Mark Sukerberq 7 milyon dollara özünə malikanə alıb
Dünyanın ən varlı yeniyetmələrindən biri olan və 13.5 milyard dollar sərvəti olan “Facebook”un qurucusu Mark Sukerberq nəhayət kirayədə qaldığı evdən çıxaraq özünə ev alıb. Daha əvvəl 4 otaqlı mənzildə kirayəşin olan Sukerberq 7 milyon dollara özünə malikanə alıb. 1903-cü ildə tikilən 525 kvadratmetrlik mülk “Facebbok”un “Menlo Park”da olan yeni ofisinə 10 dəqiqəlik məsafədədir. Qeyd edək ki, Sukerberq sutkanın 16 saatını “Facebook”un ofisində (işdə) keçirdiyi üçün ev məsələsinə çox da əhəmiyyət vermədiyini demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar