Facebook sahibi Mark Zukerberq en xeyirxah adam oldu
10 Fevral 2014 Bazar Ertəsi 20:24
Mark Zukerberq ve onun heyat yoldaşı öten ilin eən böyük hediyyesini etdikleri üçün ilin xeyriyyeçileri seçilibler.
Facebook qurucusu Mark Zukerberq ve heyat yoldaşı Prissilla Çan ABŞ-da 2013-ci ilin en xeyriyyeçi adamları olub.

ANS PRESS-in xarici metbuata istinaden melumatına göre, cütlük 2013-cü ilde 970 milyon dollar deyerinde olan "Facebook"un 18 milyonluq hissesini San Xosede yaradılmış bir fonda bağışlayıb. Öten ilin en böyük hediyyesini etdikleri üçün onlar ilin xeyriyyeçileri seçilibler.

BBC-nin xeberine göre, Zukerberq ve yoldaşının etdiyi ianenin fond terefinden tehsil ve sehiyye yardımlarına xerclendiyi yazılıb.

Zukerberq ve heyat yoldaşı Çanın keçen iki il içerisinde fonda 36 milyon "Facebook" hissesi bağışladığı ve fond hesabında saxladığı hisselerle ABŞ-da olan en böyük xeyriyyeçi qurumlardan biri halına geldiyi bildirilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar