Facebook qurucusu Mark Zuckerberq evləndi
20 May 2012 Bazar 13:25
Facebook qurucusu Mark Zuckerberq 9 ildir birlikdə olduğu nişanlısı ilə evlənib.
Sosial şəbəkə olan "Facebook"un yaradıcısı olan Mark Zuckerberq 9 ildir birlikdə olduğu nişanlısı ilə evlənib.
Zuckerberq Priskilla Chan ilə toyundan olan şəkilləri özünün "Facebook" səhifəsində paylaşıb. Hər iki şəxsdə ailə vəziyyətlərini evli olaraq qeyd ediblər. Zuckerberqin səhifəsindəki fotosunu 500 minə yaxın adam bəyənib.

Cütlüyün toy mərasimi gənc biznesmenin mülkünün həyətində olub. Mərasimə 100-ə yaxın insan qatılıb.

Məlumata görə, toy mərasimi hətta qonaqlar üçün belə sürpriz olub. belə ki, mərasimə gələnlər Chanın Kalifornia universitetinin tibb fakültəsindən məzun olmasını qeyd edəcəklərini düşünüblər.

Şirkətin sözcüsü Zuckerberqin gəlinə özünün dizayn etdiyi yaqut üzük taxdığını bildirib.

Qeyd edək ki, 2004-cü ildə "Facebook"u quran mark Zuckerberq "Time" kurnalı tərəfindən 2010-cu ilin adamı seçilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar