Facebook qadağan olunduğu ölkədə ofis açır
15 May 2014 Cümə Axşamı 08:34
Facebook qadağan olunduğu Çində Fortune Financial Centerdə reklam verənlərlə işləmək üçün icarəyə ofis götürmək niyətindədir.
"Facebook"un qadağan olunduğu Çində şirkətin ofis açacağı bildirilib.
ANS PRESS-in məlumtaına görə, dünyanın ən böyük sosial şəbəkə şirkəti olan "Facebook" Çində qadağan olunmasına baxmayaraq, orada ofis açmağı panlaşdırır.
Honkonqda ofisi olan şirkət ölkənin paytaxtı Pekində "Fortune Financial Center"də reklam verənlərlə işləmək üçün icarəyə ofis götürmək niyətindədir.
Qeyd edək ki, Çində xarici sosial şəbəkə saytları "Youtube", "Twitter" və "Facebook" kimi şirkətlərə giriş qadağası qoyulub. Dünyada ən çox internet istifadəçisi olan Çin, cəmiyyətə "mənfi" təsirinə görə sözügedən saytlara qarşı qadağanı tətbiq edir. Alternativ olaraq isə öz sosial şəbəkə sistemlərini xalqa təqdim edir. Çinin "Twitter"ə bənzər saytı olan "Weibo"nun aylıq 129 milyon aktiv istifadəçisi var və keçən ay ABŞ-da ictimaiyyyətə təqdim edilib.
DOSTLARINLA PAYLAŞ: