Sosial şəbəkə saytı “Facebook”un ən böyük türk səhifəsi olan “Türk Bayrağı” sayt rəhbərliyi tərəfindən bağlanıb. “Facebook” rəsmiləri səhifənin bağlanması barədə hər hansı bir açıqlama verməyib. Səhifənin yaradıcısı Üfüq Erbil bu səhifənin Türkiyə və bu ölkənin 81 vilayəti barədə məlumatlarla təchiz edildiyini, yayımladığı tarixi və turistik yerlərin şəkilləri və videoları ilə ictimai xidmət xarakteri daşıdığını deyib: ““Facebook” rəhbərliyinin bu haqsız addıma son verməsini və səhifəmizi təkrar açmasını istəyirik. Üzvlərimizi və türk bayrağı sevdalılarının dəstəyini gözləyirik”.
Qeyd edək ki, Üfüq Erbil qrup üzvlərini və qrupa dəstək vermək istəyənləri “Facebook” rəhbərliyinin elektron ünvanına (
[email protected] /
[email protected]) e-mail yollayaraq səhifənin haqsız yerə bağlanmasına etiraz etməyə çağırıb.
Xatırladaq ki, “Türk Bayrağı” səhifəsinin 5 milyon 465 min üzvü vardı.