“Facebook”da erməni harayı…
02 Avqust 2011 Çərşənbə Axşamı 11:41
Ermənilər Rusiyaya mühacirəti rədd edən qrup yaradıblar
Ermənistan iqtisadiyyatının bərbad və nizamsız vəziyyətdə olmasına dair daha bir sübut. Erməni internet istifadəçiləri Ermənistan vətəndaşlarının Rusiyaya miqrasiyasına qarşı müharibə elan ediblər. ANS PRESS-in “Regnum”a istinadən verdiyi xəbərə görə, onlar bu məqsədlə məşhur sosial şəbəkə olan “facebook.com” saytında “Ermənistandakı Rusiya miqrasiya ofislərinin bağlanmasını tələb edirik” adlı açıq qrup yaradıblar.

Maraqlısı odur ki, qrup eyni zamanda 1990-2000-ci illərdə Ermənistandan ABŞ və Avropaya baş verən kütləvi miqrasiyaya etiraz etmir. Qrup iştirakçıları yalnız Ermənistandan Rusiyaya miqrasiyanı şərh edir və bunu pisləyirlər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məruzəsinə əsasən, təkcə 2009-cu ildə 54 800 erməni Rusiya vətəndaşlığı alıb. 2001-ci ildən 2009-cu ilədək isə 272 000 erməni Rusiya vətəndaşlığını alıb. Bundan əlavə, göstərilir ki, Ermənistanın “lragir.am” internet nəşri Ermənistan prezidenti tərəfindən keçirilən miqrasiya məsələləri üzrə müşavirəyə müraciət edib. Bu addım hər il Ermənistanı 27-29 min adamın tərk etməsinə dair məlumatlardan irəli gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar