Facebook BMT-ye redd cavabı verdi
31 İyul 2013 Çərşənbə 05:51
Facebook, BMT-nin Somalideki piratları teqib etmek teklifinden imtina etdi.
Facebook sosial şəbəkəsi, BMT-nin Somalidəki dəniz quldurlarının fəaliyyətini izləmək təklifini rədd edib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, BMT-nin Somali və Eritreya İzləmə Qrupunun bu ay yaydığı hesabatda bildirilir ki, bir çox xüsusi şirkət və qrup tərəfindən Facebooka edilən təklif qəbul edilməyib.
Təklifdə bildirilirdi ki, quldurlarla, Əl-Qaidə terror təşkilatı əlaqəli insanlarla və hökümətlərdə təmsil olunan bəzi məmurlarla bağlı araşdırmaların aparılması bu sosial şəbəkə vasitəsi ilə həyata keçirilsin.
Hesabatda qeyd olunur ki, Facebook isə e-poçt vasitəsilə, BMT-nin onlara belə bir təklif vermək üçün qanuni bir səlahiyyəti yoxdur və buna görə də onların tələbi qəbul edilmir.
DOSTLARINLA PAYLAŞ: