Eynicinsli nənələr evləndilər
24 İyul 2011 Bazar 14:51
Nyu-Yorkda 50 yaşlı iki qadın ailə həyatı qurub.
Nyu-Yorkda eynicinslilərin nigah bağlamaq haqda qərarı qüvvəyə minən kimi fürsətdən istifadə edənlər tapılıb. İlk nigahı kiçiklərə əsl örnək ola biləcək qoca nənələr kəsdirib.

Ailə quran eynicinsli cütlük Kiti Lambert və Şeril Ruddun artıq 50-dən artıq yaşları var. Qadınların bundan əvvəlki nigahlarından 5 övladları var. Bundan başqa, yeni evlələnlərin hər birisi nəvə sahibidir.

Toy mərasimində yüzə yaxın qonaq iştirak edib.


Qeyd edək ki, Nyu-Yorkda "eynicinslilərin nigah bağlamaq haqda" qanunu iyunun 25-də qəbul edilib. Bununla da, Nyu-York ABŞ-da eynicinslilərin nigahına rəsmi şəkildə icazə verən 6-cı və ən böyük ştat oldu. Qanun layihəsinin 33 nyu-yorklu senator lehinə, 29-u isə əleyhinə olmaqla səs verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar