Eyfel qülləsi qapısını turistlərin üzünə bağlayıb
18 Dekabr 2009 Cümə 11:00
Eyfel qülləsi qapısını turistlərin üzünə bağlayıb. Buna səbəb, qar və temperaturun kəskin şəkildə aşağı düşməsidir.
Fransanın paytaxtı Parisdəki məşhur Eyfel qülləsi qapısını turistlərin üzünə bağlayıb. Buna səbəb isə qarın yağması olub. Qar şəhərdə nəqliyyatın hərəkətinə də məhdudiyyətlər yaradıb.
Qar dünyada məşhur olan Disneylend əyləncə mərkəzinin fəaliyyətinə də təsir göstərib. Əyləncə mərkəzinə gələn turistlərin sayı kəskin sürətdə azalıb. Fransa hava proqnozları xidməti növbəti günlərdə daha çox qarın yağacağı barədə məlumat verib.
Polşanın paytaxtı Varşavanın yolları isə qar yağması nəticəsində demək olar bağlanıb. Şəhərdə temperatur mənfi 12 dərəcədən aşağı düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: