Eyfel qülləsi fəaliyyətini dayandırdı
26 İyun 2013 Çərşənbə 22:45
Qülləni çalışdıran şirkətin əməkdaşları tətil edir.
Avropanın ən çox turist cəlb edən Fransadakı Eyfel qülləsində də başlayan etirazlar qüllənin işini iflic edib. Bu turizm məkanının yaxın günlərdə açılıb-açılmayacağı məlum deyil. Gündəlik 25 minə qədər turist qəbul edən Eyfel qülləsinə görə, Fransa iqtisadiyyatına dəyən ziyan o qədər də az deyil.

Qülləni çalışdıran şirkətin, 300-ə yaxın əməkdaşının hüquqlarını təmsil edən Həmkarlar İttifaqının əməkdaşları iş yerinə gəlməməyə çağırdığını bildirib. Şirkətin direktoru rəhbərliklə Həmkarlar İttifaqı arasında maaşların artırılması, şirkət gəlirlərinin bölüşdürülməsi siyasəti və digər məsələlər ətrafında danışıqların getdiyini açıqlayıb.

Ölkənin əsas turist hədəfi olan qüllənin bağlanması, şəhərə gəlmiş qonaqların da istirahətinə mənfi təsir göstərib.

Qeyd edək ki, 124 yaşı olan qüllə ilin 365 günü xidmət göstərir və gündə 25 minə yaxın turist qəbul edir. Qüllə yalnız intihara cəhdlər, bomba həyəcanı və tətillər zamanı fəaliyyətini müvəqqəti dayandırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar