Eyfel qüllesi bağlanıb
14 Oktyabr 2013 Bazar Ertəsi 00:55
Eyfel qüllesi bağlanıb. Dünyanın meşhur qüllesine bomba qoyulması haqda anonim telefon zengi daxil olub.
Fransanın ən böyük turist aktraksionlarından olan Eyfel qülləsi bazar günü gözlənilmədən bağlanıb. Fransa mətbuatı xəbər verir ki, bunun səbəbi qülləyə terror təhlükəsidir. İlkin məlumatlara görə, söhbət Eyfelə bomba qoyulması haqda anonim telefon zəngindən gedir.
Polis qüllənin ərazsini nəzarətə alıb. Təhlükənin nə dərəcədə real olması haqda hələlik rəsmi məlumat verilmir.
Eyfelin bomba təhlükəsi haqda telefon zəngləri elə də nadir hadisə deyil. Qüllə ancaq bu il ərzində artıq 2 dəfə belə bir anonim zəngdən sonra müvəqqəti olaraq bağlanıb (azadliq radiosu).
DOSTLARINLA PAYLAŞ: