Əvvəlcə uşaqlarını güllələdi
10 Aprel 2010 Şənbə 23:55
İntihar edən avstraliyalı 3 uşağını öldürüb.
Bu gün Avstraliyanın Melbourn şəhərində dəhşətli intihar hadisəsi baş verib. 37 yaşlı üç uşaq atası əvvəlcə uşaqlarını öldürüb, sonra isə özü intihar edib. 7 və 13 yaşlarındakı qızlarını və 10 yaşındakı oğlunu güllələyən ata, sonra da özünə atəş açıb.
Arvadından 4 il öncə boşanan kişi uzun müddətdir ki, sevgilisi ilə birlikdə yaşayırmış. Sevgilisinin və anasının alış-veriş üçün evi tərk etdiyi zaman dəhşətli qətlin səbəblərini isə polis aydınlaşdırmalı olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: