Evo Morales Çavesin ölümü ilə bağlı şübhəli məqamların olduğunu bildirib
12 Mart 2013 Çərşənbə Axşamı 08:13
Çavezin öz əcəli ilə öldüyünə inamadığını bildirən Moralesin sözlərinə görə, məsələnin dəqiq araşdırılması üçün xüsusi istintaq qrupunun yaradılması vacibdir.
Boliviya prezidenti Evo Morales ötən gün Avstriyanın paytaxt Vyanada keçirilən Birləşmiş Millətlər Təşkilatının iclasında çıxışı zamanı ötən həftə dünyasını dəyişən Venesuela prezidenti Uqo Çavesin ölümü ilə bağlı şübhəli məqamların olduğunu bildirib. Çavezin öz əcəli ilə öldüyünə inamadığını bildirən Moralesin sözlərinə görə, məsələnin dəqiq araşdırılması üçün xüsusi istintaq qrupunun yaradılması vacibdir.
"İmperialistlər demokratik yolla və ya təzyiqlər vasitəsilə məqsədlərinə çata bilmədikdə və ya öz işğallarına haqq qazandıra bilmədikdə alternativ yollara əl atırlar. Bu yol isə kiminsə həyatına son qoymaqdan keçir. Bəli, mən də, prezident Maduro kimi Uqo Çavezin ölümü ilə bağlı istintaq işinin başladılmasına ehtiyac olduğunu düşünürəm. Onun cəmi 58 yaşı var idi və belə tezliklə həyatını itirdi. Əlbəttə bu çox kədərlidir", - deyə Morales sözlərin ifadə edib.
Qeyd edək ki, Çaves başında aşkarlanmış xərçəng xəstəliyindən 2 il əziyyət çəkmişdi. Onun ölümünə isə, ciyərlərində aşkarlanmış infeksiyanın səbəb olduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: