"Eurovision"nun favoriti seçildi
14 Mart 2011 Bazar Ertəsi 14:29
Favoritlər siyahısında Azərbaycanın da adı var
Dünyanın böyük bukmeykerləri Almaniyanın Düsserdolf şəhərində may ayında keçiriləcək "Eurovision 2011" mahnı müsabiqəsi ilə bağlı ilk proqnozlarını verməyə başlayıblar. ANS PRESS-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, müsabiqənin favoriti fransalı tenor Amori Vassili hesab edilir. 21 yaşlı müğənni artıq Fransada 250 min tirajla satılan iki albom çıxarıb.
İkinci yerdə isə Norveç təmsilçisidir. Onu Böyük Britaniya, Estoniya və Almaniya izləyir.
İlk onluqda isə Rusiya, Azərbaycan, Bosniya və Hersoqovina, Macarıstan yer alıb.
Xatırladaq ki, 56-cı "Eurovision" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10-12-də, finalı isə ayın 14-də Almaniyanın Düsserdolf şəhərində keçiriləcək. Müsabiqədə 43 ölkə təmsilçisi iştirak edəcək.
DOSTLARINLA PAYLAŞ: