"Eurovision 2012"nin hansı mahnısı daha çox izlənib?
05 Aprel 2012 Cümə Axşamı 15:47
42 mahnının video klipinin "YouTube"da izlənmə reytinqi açıqlanıb
Eurovision Mahnı Müsabiqəsi 2012-də ifa olunacaq 42 mahnının video klipinin "YouTube" kanalında bu günədək izlənmə reytinqi açıqlanıb. ANS PRESS-in "eurovision.az" saytına istinadla verdiyi məlumata görə, bu sıralamada birinci yerdə Rusiyanın müsabiqə təmsilçisi "Buranovskie babuşki" qrupu gəlir. Rusiya nümayəndələrinin "Party for everybody" mahnısının video versiyasını 1.020.505 şəxs izləyib.

"YouTube" kanalında izlənmə sayına görə ikinci yerdə Kipr təmsilçisi İvi Adamou (397.999), üçüncü yerdə isə Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink (381.848) qərar tutub. Azərbaycan bu sıralamada hələ ki, altıncı yerdədir. Təmsilçimiz Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi "When The Music Dies" mahnısının video versiyası bu günə kimi 217.763 dəfə izlənilib.

Sıranın 4-sü Türkiyə, 5-si Almaniya, 7-si Avstriya, 8-si Xorvatiya, 9-su Albaniya, 10-su isə Yunanıstandır. 57-ci Eurovision Mahnı Müsabiqəsinin favorit təmsilçiləri arasında olan Serbiya təmsilçisi Zeljko Yoksimoviçin müsabiqə mahnısının video versiyası 98.170, İsveç təmsilçisi Lorinin 70.133, Fransa təmsilçisi Anqunun 65.062 dəfə baxılıb.

Bu günkü göstəriciyə görə, bu sıralamada sonuncu yerdə İsveçrə təmsilçisi "Sinplus" qrupu dayanıb. Qrupun müsabiqə mahnısının klipinə 34.602 dəfə baxılıb.

"Eurovision.az" saytının bir neçə gün bundan əvvəl başladığı sorğunun da ilkin nəticələri məlumdur. Saytımızdakı sorğuda ilk onluqda sıralanma belədir: Ukrayna, İsveç, Azərbaycan, Fransa, Rusiya, Almaniya, Belarus, Norveç, İslandiya, Türkiyə. Eurovision.az saytında səsverməyə bu linkdən qoşula bilərsiniz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar