Bakı. Ülkər Qasımova – APA. 2011-ci ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision” müsabiqəsinin aparıcıları müəyyənləşib.
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Almaniyanın NDR telekanalı müsabiqənin üç aparıcı tərəfindən idarə olunacağını açıqlayıb. Bunlar Anke Engelke, Yudit Reykers və Stefan Raabdır. Hər üç aparıcı Almaniya televiziyaları üçün yeni simalar deyil.
Anke Engelke Kanadanın Monreal şəhərində anadan olub, Alman, ingilis və fransız dillərini bilir. Televiziyada 12 yaşından işləyir, müxtəlif şoularda iştirak edir. Yudit Reykers tok-şouların aparıcısıdır və uzun müddət radioda çalışıb. Stefan Raab isə 55-ci “Eurovision” müsbaiqəsində ölkəsinə qələbə qazandıran Lena Mayeri müsabiqəyə hazırlayan şəxsdir.