“Eurovision-2011”-in ilk yarımfinalı başlayıb
11 May 2011 Çərşənbə 00:41
Eldar və Nicar 18-ci çıxış edəcəklər
Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Azərbaycan təmsilçiləri Eldar və Nicar 18-ci nömrə ilə çıxış edəcəklər. Bundan başqa, finala vəsiqə uğrunda Albaniya, Türkiyə, Serbiya, Ermənistan, Rusiya, İsveçrə, Gürcüstan, Finlandiya, Malta, San-Marino, Xorvatiya, İslandiya, Venqriya, Portuqaliya, Litva və Yunanıstan təmsilçiləri mübarizə aparacaqlar. 19 iştirakçıdan finala 10 ölkənin təmsilçisi vəsiqə qazanacaq. Yarımfinal 35 min nəfərli “Düsseldorf-Arena” stadionunun səhnəsində keçirilir. Tədbirin aparacıları aktrisa Anke Engelke, teleparıcılar Culit Reykers və Ştefan Raabdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar