Etna vulkanı yenə püskürdü
02 Aprel 2012 Bazar Ertəsi 18:30
Bu dəfə Kataniya hava limanı üçün təhlükə yaranmayıb
İtaliyanın Siciliya adasında Etna vulkanı yenidən püskürüb. Bu, il başlayandan Etna vulkanının beşinci dəfə oyanmasıdır. Vulkanın cənub hissəsindən lava axmağa davam edir. Yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri evakuasiya edilib. Xəsarət alan olmayıb.
Vulkanın bu dəfəki aktivliyi 1 saat yarım davam edib və partlayış, kül püskürmələri ilə müşayiət olunub. Bu dəfə Etnanın oyanması Kataniya hava limanının işinə təsir göstərməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar