Etna vulkanı oyandı
26 Noyabr 2013 Çərşənbə Axşamı 10:16
Vulkan yaxınlıqdakı şeherin kül qatı ile örtülmesine sebeb olub.
İtaliyada yerleşen Etna vulkanı yeniden feallaşaraq, yaxınlıqdakı yaşayış menteqeleri üçün tehlüke yaradıb. ANS PRESS-in İHA-ya istinaden verdiyi melumata göre, Vulkan yaxınlığındakı Ciardino Naksos şeherinin küçeleri, yollar ve avtomobiller nazik kül qatı ile örtülüb. Görünme derecesi keskin aşağı düşdüyünden, bezi yollar bağlanıb. Vulkan üzerinden ve etraf erazilerden hava mekanı da bağlanıb ve yaxınlıqdakı hava limanında yüzlerle aviareys lengiyib.

Avropanın en böyük ve en feal vulkanı olan Etnanın sonuncu defe güclü püskürmesi 1992-ci ilde müşahide edilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar