Etna vulkanı oyandı
18 Mart 2013 Bazar Ertəsi 08:07
Bu dəfəki püskürmə son müşahidə ilinin ən güclüsüdür.
Siciliyanın şərq sahillərində Etna vulkanı oyanıb. ANS PRESS-in vulkanın püskürməsi son müşahidə ilinin ən güclüsüdür. Vulkanın ağzından həmişə lava axını və kül püskürür.

Geoloqşların proqnozlarına görə, yeni püskürmə yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükəli deyil. Seysmik aktivliyin kəskin artımı qeydə alınmayıb. Kül püskürməsi bölgədə aviasiya uçuşlarına hələlik təsir etməyib.

Etna İtaliyanın ən böyük vulkanıdır. Onun hündürlüyü təxminən 3329 metrdir. Etna çoxsaylı turisti özünə cəlb edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar