Etirazçılar Qahirədə Napoleonun inşa etdirdiyi qədim binanı yandırıblar
18 Dekabr 2011 Bazar 11:59
Hadisə nəticəsində Elmi Mərkəzdə saxlanılan qiymətli katablar məhv olub.
Misirdə etirazçılar paytaxt Qahirə şəhərində Elmi Mərkəzin binasını yandırıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təxminən 200 il əvvəl Fransa imperatoru I Napoleon Bonapartın əmri ilə inşa edilən bu qədim bina yanğın nəticəsində demək olar ki, tamamilə məhv edilib.
Elmi mərkəzin direktoru göz yaşlarını saxlaya bilməyərək yanğın nəticəsində binada olan arxiv, kitablar, əntiq mebel və şəkillərin yanaraq məhv olduğunu bildirib.
Bina etirazçıların Qahirənin Təhrir meydanından Amerika universiteti yerləşən küçəsinə keçən zaman təhlükəsizlik qüvvələri ilə baş verən toqquşma zamanı yanıb. Hadisə yerinə gələn yanğınsındürənlər yanğını söndürməyə cəhd göstərsələr də buna nail ola bilməyiblər.
DOSTLARINLA PAYLAŞ: