Etirazçılar hökümət evini ələ keçirdilər
24 İyul 2013 Çərşənbə 07:21
Sofiyada polislə etirazçılar arasında baş vermiş toqquşmalarda 9 nəfər xəsarət alıb.
İyulun 23-dən 24-nə keçən gecə Bolqarıstanın paytaxtı Sofiyada baş vermiş toqquşmalarda 7 aksiya iştirakçısı və 2 polis əməkdaşı xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl hökumət əleyhinə keçirilən aksiyanın bir qrup iştirakçısı parlamentin çıxışını bloklayıb. Qeyd edək ki, parlament binasında nazirlər və jurnalistlər də daxil olmaqla hələ də 100-dən çox insan qalmaqdadır. Sonradan eirazçılar parlamentin ətrafında səki plitələri və zibil qutularından barrikadalar quraşdırıb.

Qeyd edək ki, ölkədə etirazlar 40 gün əvvəl, media maqnat Delyan Peyevski Milli Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunduqdan sonra başlayıb. Sonradan Peyevski istefa verməyə hazır olduğunu bəyan edib, lakin etirazçılar bütün kabinetin istefasını tələb edərək etiraz aksiyalarını davam etdirib.

Enerji daşıyıcılara qiymətlərin artması ilə bağlı vüsət almış etirazlar fonunda keçmiş baş nazir Boyko Borisov fevralın 20-də hökumətin istefaya göndərilməsini elan edib. Bundan sonrada, mayın 12-də ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirilib. Mayda yeni hökumətin başçısı Plamen Oreşarski təyin olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar