Etiraz istəyi ömürlük həbslə cəzalandırıldı
23 Fevral 2010 Çərşənbə Axşamı 23:00
Nyu York metrosunda terror aktı törətmək istəyən şəxsə hökm oxunub
ABŞ Federal Məhkəməsi Nyu York metrosunda terror aktı törətməyə hazırlaşmaqda təqsirli bilinən əfqan əsilli Nacibulla Zazi barəsində ömürlük həbs qərarı verib. Öz günahını etiraf edən 25 yaşlı Zazi bu üsulla ABŞ-ın Əfqanıstana soxulmasına etiraz etmək istəyində olduğunu bildirib.
Araşdırma zamanı aydınlaşıb ki, Zazinin “Əl-Qaidə” terror qruplaşması ilə çox sıxəlaqələri olub. Əfqanıstan-Pakistan sərhədində yaraqlılar üçün xüsusi lagerdə təlim keçəndən sonra o, Birləşmiş Ştatlara qayıdıb.
ABŞ baş prokuroru Erik Holderin sözlərinə görə, əgər Zazini yaxalamaq mümkün olmasaydı, bu, 11 sentyabr hadisələrindən sonra ABŞ tarixində ən dəhşətli terror aktı ola bilərdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: