Etiraz dalğası Misirə də çatdı
26 Yanvar 2011 Çərşənbə 11:55
Qahirədə nümayişçilərlə polis arasında qarşıdurma baş verib.
Misirdə Tunisdəki inqilabi çıxışlardan ruhlanan minlərlə adam aksiya keçirərək prezident Hüsnü Mübarəyin istefasını tələb edən şüarlar səsləndirib. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, Misir polisi paytaxt Qahirədə hökumət əleyhinə keçirilən nümayişi dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qaz tətbiq edib. Aksiya iştirakçıları isə polis əməkdaşlarına daş atıb.
Küçə qarşıdurmaları parlament binası qarşısında polis mitinqi dağıtmaq istədiyi zaman baş verib.
Hazırda İskəndəriyyə və ölkənin digər şəhərlərində də nümayişlərin keçirildiyi barədə məlumatlar daxil olur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: