Etiraz dalğaları Mavritaniyaya çatdı
26 Fevral 2011 Şənbə 11:31
Mindən artıq tələbə və gənc islahatlar tələbi ilə paytaxt meydanına toplaşıb.
Yaxın Şərqdə baş qaldıran etiraz dalğası Mavrinatiyaya da çatdı. Ölkədə islahatların aparılması tələbi ilə mitinq keçirilib. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis nümayəndələri məlumat yayıb.
Məlumata görə, mitinq dinc mahiyyət daşıyıb. Onların sözlərinə görə, mindən artıq insan paytaxt Nuakşotda sosial ədalətsizliyin aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və işsizlik səviyyəsinin aşağı salınmasını tələb edib.
Mitinqçilərin əksəriyyəti tələbələr və gənc insanlar olublar.
Xatırladaq ki, fevralın 24-də Mavritaniyanın baş naziri Mulay uld Məhəmməd Laqdaf bəyan edib ki, hakimiyyət siyasi söz və nümayiş azadlığına zəmanət verir. O həmçinin qeyd edib ki, hökumət sosial problemlərin həllinə də səy göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: