Etiraz aksiyasında qan töküldü
08 Mart 2014 Şənbə 10:23
Qahirədə toqquşmalar zamanı azı 3 nəfər ölüb.
Misirin paytaxtı Qahirədə yenidən toqquşmalar baş verib. "Müsəlman Qardaşları" hərəkatının tərəfdarları ilə polislər arasında toqquşmalar zamanı azı 3 nəfər ölüb, onlarla adam da yaralanıb. İğtişaşlar cümə namazından sonra keçirilən aksiyalar zamanı baş verib. Qarşıdurma zamanı odlu silahdan istifadə edildiyi bildirilir.
Bu arada, BMT-nin İnsan Haqları Şurasının üzvləri Misirdə nümayişlərin dağıdılması zamanı güc tətbiq edilməsindən və insanların sərbəst toplaşmaq hüquqlarının məhdudlaşdırılmasından dolayı narahatlığını ifadə edib.
Ötən gün Səudiyyə Ərəbistanı isə «Müsəlman Qardaşları» hərəkatını «terror təşkilatı» siyahısına daxil edib.
DOSTLARINLA PAYLAŞ: