Estoniyada tam olaraq avroya keçdi
14 Yanvar 2011 Cümə 10:45
Bu gündən ölkədə kron tam olaraq dövriyyədən çıxır.
Bu gündən etibarən Estoniyanın milli pul vahidi olan kron dövriyyədən çıxarılacaq. Estoniya Mərkəzi Bankının məlumatına görə, yanvarın 14-dən başlayaraq ölkədə bütün mal və xidmətlərin haqqı avro ilə ödənəcək.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən etibarən Estoniya vahid Avropa pul vahidi sisteminə keçib və Avrozonanın üzvü olan 17-ci ölkə olub. Bu ölkə həmçinin keçmiş SSRİ ölkələrindən avronun istifadəsinə keçmiş ilk ölkə adını qazanıb.

İlk iki həftədə avro və kron paralel olaraq istifadə olunurdu. Bütün mağaza və müəssisələrdə göstərilən xidmətlərə görə həm avro, həm də kron ödəmək mümkün idi. Amma pulun qalığı avro ilə qaytarılırdı.

Məlumata görə, 2011-ci ilin ilk yarımilliyində Estoniya bankları təmənnasız olaraq kronları avroya dəyişdirəcəklər. Bu müddət bitdikdən sonra isə müəyyən vaxt ərzində kronu avroya ancaq Estoniya Mərkəzi Bankı dəyişdirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar