Estoniyada prezident seçkiləri keçirilib
29 Avqust 2011 Bazar Ertəsi 18:30
Ölkə parlamentində bu gün keçirilmiş təcili toplantıda indiki dövlət başçısı Toomas Hendrik İlves yenidən qalib gəlib
Ölkə parlamentində bu gün keçirilmiş təcili toplantıda prezident seçkilərində indiki dövlət başçısı Toomas Hendrik İlves yenidən qalib gəlib
Estoniya parlamentində bu gün keçirilmiş təcili toplantıda prezident seçkilərində indiki dövlət başçısı Toomas Hendrik İlves yenidən qalib gəlib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, növbəti 5 il müddətinə yenidən ölkəni idarə edəcək. Belə ki, keçirilmiş səsvermədə onun lehinə 73 deputat səs verib.
Qələbə üçün İlvesə parlamentdəki 101 deputatın 67-nin dəstəyi yetərli idi. Prezidentin rəqibi, avroparlamentin deputatı İndrek Tarand isə 25 səs alıb, 3 bülleten keçərsiz sayılıb.
Qeyd edək ki, İlves 2006-cı ilin oktyabrında Estoniyanın prezidenti seçilmişdi.
DOSTLARINLA PAYLAŞ: