Estoniya hökuməti ölkədə “donuz qripi”nə ilk yoluxma halını təsdiqləyib. ANS PRESS, “Associated Press” agentliyinə istinadən xəbər verir ki, H1N1 virusu təzəlikcə ABŞ-dan qayıtmış 29 yaşlı kişidə aşkarlanıb. O, özünü pis hiss etdiyüinə görə həkimə müraciət edib. Hazırda xəstə müalicə olunur. Estoniya həkimləri həmçinin xəstə ilə ünsiyyətdə olmuş iki nəfərdə də “donuz qripi”nin olub-olmadığını yoxlayır.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının mayın 29-na olan məlumatına göbrə, dünyanın 53 ölkəsində H1N1 virusuna 15 500 yoluxma halını təsdiqləyib. Virusa yoluxanlardan 99 nəfəri ölüb. Ən çox ölüm halları Meksika (85) və ABŞ-da (11) qeydə alınıb. /ANS PRESS/