Estoniya prezidenti qorxudan qaçdı
27 May 2010 Cümə Axşamı 12:30
Estoniya prezidenti qorxudan qaçdı. Onu buna bomba xəbəri məcbur etdi.
Estoniya prezidenti Toomas Hendrik İlves dünən axşam paytaxt Tallinin Kadriorq parkında yerləşən sarayını tərk etmək məcburiyyətində qalıb. Yerli mətbuatın yazdığına görə, bu, Prezident Dəftərxanasının zirzəmisinə bomba qoyulması xəbərindən sonra baş verib. Hadisə yerinə gələn polis əməkdaşları və mina axtaranlar isə partlayıcı qurğu aşkar etməyiblər.

Polisin məlumatına görə, dünən axşam polis bölməsinə naməlum bir şəxs zəng edərək eston dilində Prezident Dəftərxanasına bomba qoyulduğu və yarım saatdan sonra onun partlayacağı barədə məlumat verib. Zəngdən dərhal sonra dövlət başçısı Kadriorqdakı sarayı tərk edib.

Sonradan polis yalançı terrorçunun tutulduğu və sorğu aparıldığı barədə məlumat yayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar