Əsir erməni diversanta ailəsindən xəbər verilib
03 Fevral 2014 Bazar Ertəsi 22:50
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin təmsilçiləri bu gün Mamikon Xocayanla görüşüblər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) Bakı nümayəndəliyinin təmsilçiləri bu gün Bakıda erməni əsir Mamikon Xocayanla görüşüblər.
Bu barədə ANS PRESS-ə ICRC təmsilçisi İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, Mamikon Xocayana ailəsi barədə məlumat verilib. ICRC təmsilçisi bu məlumatların təfsilatı barədə, eyni zamanda söhbətin məzmunu və Mamikon Xocayanın özünü necə hiss etməsi barədə məlumat verməyib.
Xatırladaq ki, 77 yaşlı Mamikon Xocayan yanvarin 28-də Tovuzun Əlibəyli kəndi yaxınlığında tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən Xocayan silahlı və yaralı vəziyyətdə ələ keçirilib. Nazirlik onu qrupun bələdçisi olduğunu bildirir.
DOSTLARINLA PAYLAŞ: