Əsgərlərə şəhərə hərbi geyimdə çıxmaq qadağan edildi
16 Mart 2012 Cümə 20:18
Fransada hərbçilərin qətlə yetirilməsi ordu rəhbərliyini müvafiq qərarın qəbuluna sövq edib.
Fransalı əsgərlərə şəhərdə hərbi geyimdə görünmək qadağan olunub. ANS PRESS-in "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bu yaxınlarda 3 əsgərin qətlə yetirilməsi olub. Həmçinin qərara alınıb ki, bundan sonra hərbi hissələrə giriş gücləndirilmiş rejimdə mühafizə olunacaq.
Xatırladaq ki, ilk insident martın 12-də Tuluzada baş verib. Naməlum şəxs çavuşu güllələyib. Onun meyiti motosikletin yanında tapılıb.
Martın 15-də isə Montoban şəhərində 2 əsgər güllənənərək qətlə yetirilib, daha bir nəfər yaralanıb. Hər iki halda atəş açan şəxs hadisə yerindən qaça bilib.
DOSTLARINLA PAYLAŞ: