Esgeri zorladılar
12 May 2013 Bazar 12:24
Sıravi esgeri zorlamaqda ittiham olunan 3 nefer herbçi azadlığa buraxılıb.
Türkiyədəkə hərbi həbsxanalardan birində sıravi əsgəri zorlamaqda ittiham olunan 3 nəfər hərbçi azadlığa buraxılıb. “Doğan” agentliyinin (DHA) yaydığı xəbərə görə, hadisə keçən il 9-cu korpus komandirliyinə bağlı Karskapı hərbi həbsxanasında baş verib. Məlumata görə, müxtəlif cinayətlər səbəbindən həbsxanada olan siravi əsgərlər E.D., F.K. və V.V. eyni həbsxanada olan U.S.-ni zorlayıb. Təcavüz edənlər daha sonra zərərçəkmişi hədələyiblər. Xoşagəlməz hadisə isə ertəsi gün U.S.-nin səhhətində problem yaranaraq tibb məntəqəsinə aparılması ilə meydana çıxıb.

Başına gələnləri komandirə danışan U.S. şəxslərdən şikayətçi olub. Müqavimət göstərdiyini deyən zərərçəkmiş şəxslər 3 nəfər olduğundan onlara gücünün çatmadığını bildirib. U.S. həmçinin kömək çağırdığını, amma heç kimin gəlmədiyini qeyd edib.

Qeyd edək ki, 10 ildən 24 ilə qədər həbs tələbi ilə məhkəməyə çıxarılan şübhəlilər barələrindəki iddiaları qəbul etməyiblər. Onlar daha əvvəl dalaşdıqları üçün U.S.-nin onlara böhtan atdığını bildiriblər. Ötən gün isə faktla bağlı Ərzurum Ağır cinayətlərə dair məhkəmədə 6-cı proses keçirilib və hakim şübhəlilər barəsində həbs-qətimkan tədbiri seçməyərək onları azadlığa buraxıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar