Əsədin erməni tərcüməçisi türklərdən danışdı
09 Sentyabr 2013 Bazar Ertəsi 19:41
Miqran Bertizlyan İrəvanı özünə vətən saymır.
"Türkiyə və Suriyanın arasında münasibətlər yaxşı başa çatmayacaq". ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda Suriya prezidenti Bəşar Əsədin xanımı Əsma Əsədin erməni əsilli tərcüməçisi Miqran Bertizlyan Türkiyənin “Hurriyet Daily News” nəşrinə bildirib. Miqran Bertizlyan Süriya vətəndaşıdır və 4 ay əvvəl ailəsini də götürüb Ermənistana qaçıb.
Bertizlyan Suriya ermənilərinin əksəriyyəti kimi İrəvanı özünə vətən saymadığını bildirib.
“Suriyanın havası, suyu, oradakı evimiz, hətta küçələrdəki kasıbları üçün çox darıxmışam… Burda müvəqqətiyəm, özümü Ermənistanın bir parçası kimi hiss edə bilmirəm”,- deyə Bertizlyan bildirib.
DOSTLARINLA PAYLAŞ: