Əsəd təyyarələri hədəfi səhv saldı
21 Aprel 2013 Bazar 14:45
Suriyada hökumət qüvvələri Bəşər Əsəd tərəfdarlarının məskunlaşdığı ərazini bombalayıb.
Suriyanın Tartus şəhəri hökumət qüvvələrinin aviazərbələrinə məruz qalıb. Tartusun Əl-Safsafah kəndi "MİQ-23" tipli döyüş təyyarələrindən bombalanıb. Hücum anbaan həvəskar kameralara həkk olunub.

İddiaya görə, aviazərbəyə məruz qalan kəndin sakinləri ələvi və Bəşər Əsəd tərəfdarlarıdır. Kənd sakinləri üsyançılara qoşulmadıqları və Əsəd tərəfdarı olduqları üçün aviazərbələri gözləmədiklərini, buna görə də xeyli sayda itki verdiklərini bildiriblər. Bu səbəbdən hökumət təyyarələrinin sadəcə hədəfi səhv saldığı ehtimal edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar